BTQ ilə yola salınan Azərbaycana məxsus ilk qatar Türkiyəyə çatıb


Digərləri 05 Dek 2017 20:26:00 270 0

BTQ ilə yola salınan Azərbaycana məxsus ilk qatar Türkiyəyə çatıb

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yola salınan "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus ilk qatar Türkiyə ərazisinə çatıb.

Son.az bildirir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabr ayının 5-də "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus olan vaqonlardan ibarət olan ilk yük qatarı BTQ ilə yola salınıb.

Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov bildirib ki, Axalkalaki stansiyasında vaqonların təkər arabacıqlarının dəyişdirilməsi - 1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilməsi prosesi başa çatandan sonra qatar Qarsa yola salınıb. Artıq Azərbaycan bayraqlı ilk qatar Türkiyə ərazisindədir.