Elmar Məmmədyarov Avstriyaya yola düşüb


Digərləri 05 Dek 2017 20:21:00 221 0

Elmar Məmmədyarov Avstriyaya yola düşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya işgüzar səfərə yola düşüb. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində E.Mammadyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək. ATƏT-in Nazirlər Şurasının iclasında nazir E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin