BTQ ilə yola salınan “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ilk qatar Türkiyəyə çatıb


Digərləri 05 Dek 2017 20:02:00 257 0

BTQ ilə yola salınan “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ilk qatar Türkiyəyə çatıb

Dekabr ayının 5-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olan vaqonlardan ibarət olan ilk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola salınıb.

Bakı. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yola salınan “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ilk qatar Türkiyə ərazisinə çatıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabr ayının 5-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olan vaqonlardan ibarət olan ilk yük qatarı BTQ ilə yola salınıb.