"Dedim pul qalsın, telefonunu çıxart" Keçmiş məhkum VİDEO FOTO


Digərləri 05 Dek 2017 19:02:00 236 0

"Dedim pul qalsın, telefonunu çıxart"  Keçmiş məhkum  VİDEO  FOTO

Paytaxt sakini Ülvi Cuvarlı Akademik Həsən Əliyev küçəsi ilə hərəkətdə olan zaman naməlum şəxs onun qarşısını kəsərək bıçaqla hədələyib və mobil telefonunu əlindən alıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verib.

Cinayəti törədən əvvəllər də məhkumluq həyatı yaşayan Seymur Osmanov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinə təhvil verilib. Onun quldurluq yolu ilə etdiyi mobil telefon və hadisə zamanı istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb.

Seymur Osmanov - Saxlanılan şəxs: "Binanın həyətinə çəkib dalaşdım. Üstündəki pulu çıxartdı. Dedim ki, pul qalsın, telefon çıxart. Elə oradan da mühafizə keçəndə başladı qışqırmağa. Qaçdım oradan. Bıçağı da blokda gizlətdim. Gəlib 5-ci mərtəbədə tutdular".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Xəbərə aid fotolar