Xalq artisti Cəfər Namiq Kamal ADGTTnın aktyorları ilə bir səhnəni bölüşəcək


Kriminal 05 Dek 2017 19:04:00 343 0

Xalq artisti Cəfər Namiq Kamal ADGTTnın  aktyorları ilə bir səhnəni bölüşəcək

Dekabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Əhməd Orucoğlunun ssenarisi əsasında hazırlanmış "Qonaqlıq" musiqili komediyası nümayiş olunacaq. Əsas rolu Xalq artisti Cəfər Namiq Kamalın ifa etdiyi komediyada ADGTT-nın aktrisaları Zemfira Əbdülsəmədova və Hüsniyyə Əhmədova da çıxış edəcəklər.

Qeyd edək ki, uzun illər öncə bu janrlı tamaşalar hazırlanardı və kiçik yumoristik səhnələrdən, parçalardan hazırlanmış belə tamaşalar həmişə tamaşaçı marağına səbəb olardı. Xeyli fasilədən sonra bu tipli tamaşalara ehtiyac yarandığını hiss edən yaradıcı heyət 1 saat yarım davam edən komediyada ailə-məişət mövzusuna, sosial və ailə daxili problemlərə həsr olunmuş müxtəlif səhnəciklər və monoloqlarla tamaşaçılara gülüş ziyafəti verəcəklər. Duzlu-məzəli yumoristik səhnəciklərlə dolu gecədən tamaşaçıların razı qalacaqlarına əminik.  Müasir dövrdə estrada tamaşaları, yumor axşamları insanları teatra daha çox cəlb edir. Tamaşaçı bəzən ağır, düşündürücü, fəlsəfi, tarixi mövzulu əsərlərlə yanaşı, əyləncəli tamaşaları da görmək istəyir. Elə bu səbəbdən də ötən illərə qayıdış, nostalji hisslər yaşamaq istəyənləri dekabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət edirik.