Azərbaycan məhsulları "Avropa Bazarı"nda təqdim edilib FOTO


Digərləri 05 Dek 2017 19:08:00 287 0

Azərbaycan məhsulları "Avropa Bazarı"nda təqdim edilib  FOTO

Qahirədə Misir Xarici İşlər Nazirliyinin himayəsi altında bu ölkədə fəaliyyət göstərən Avropa ölkələrinin səfirlikləri, ticarət nümayəndəlikləri və şirkətlərinin iştirakı ilə ənənəvi "Avropa Bazarı" satış-yarmarkası təşkil olunub.

Son.az Trend-ə istinadən bildirir ki, Qahirənin "Conrad" mehmanxanasında keçirilən "Avropa Bazarı" satış-yarmarkasında iştirak edən Azərbaycanın bu ölkədəki səfirliyinin stendi tədbir iştirakçılarının və buraya gələn misirlilərin xüsusi diqqət və rəğbətini qazanıb. "Made in Azerbaijan" brendi ilə təqdim olunan əl işi xalça və milli hədiyyələrimiz, ipək şallar və kələğayılar, Novruz süfrəmizin ayrılmaz parçası olan şəkərbura və paxlavalarımız, Azərbaycan istehsalı meyvə şirələri və mürəbbələrimiz, quru meyvələrimiz satış-yarmarkada iştirak edən avropalıların və misirlilərin böyük marağına səbəb olub.


Xəbərə aid fotolar