Afrika Millətlər Kubokunun son qalibi baş məşqçisi ilə yolları ayırdı


İdman 05 Dek 2017 18:51:00 317 0

Afrika Millətlər Kubokunun son qalibi baş məşqçisi ilə yolları ayırdı

U.Broos 2016-cı ilin fevralından Kamerun millisinə başçılıq edirdi. Onun komandası bu il keçirilən Afrika Millətlər Kubokunun qalibi olub.

Futbol üzrə Kamerun yığmasının baş məşqçisi Uqo Broos istefaya göndərilib. Goal.az xəbər verir ki, 65 yaşlı belçikalı mütəxəssis rəhbərlik etdiyi kollektivlə 2018-ci il dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün postunu tərk edib. Yeni baş məşqçinin adı yaxın günlərdə açıqlanacaq.