Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada xeyriyyə bazarına qatılıb (FOTO)


Digərləri 05 Dek 2017 18:57:00 248 0

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada xeyriyyə bazarına qatılıb (FOTO)

Xeyriyyə bazarı iştirakçı ölkələrə öz mədəniyyət və adət-ənənələrini, musiqi, folklor, milli mətbəx, libas, ədəbiyyat və əl işlərini nümayiş etdirməyə imkan verir.

Bakı. Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada təşkil olunmuş xeyriyyə bazarında iştirak edib Səfirlikdən Trend-ə verilən məlumata görə, hər il dekabr ayının ilk bazar günü Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən xeyriyyə bazarı (Charity Bazaar) təşkil olunur. Xeyriyyə bazarı iştirakçı ölkələrə öz mədəniyyət və adət-ənənələrini, musiqi, folklor, milli mətbəx, libas, ədəbiyyat və əl işlərini nümayiş etdirməyə imkan verir. 1989-cu ildə yaradılan və Bolqarıstanda diplomatik və biznes dairələrdə fəaliyyət göstərən xarici qadınları bir araya gətirən Klub müxtəlif tədbirlər həyata keçirir. Xeyriyyə bazarı əhatə dairəsi, iştirakçıların sayı və nüfuzuna görə Klub tərəfindən təşkil olunan ən böyük tədbir hesab olunur. Tədbirdə Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərlə yanaşı, müxtəlif assosiasiyalar, fondlar və şirkət nümayəndələri də iştirak edir. Xeyriyyə məqsədi daşıyan bazardan əldə olunan vəsaitlər Klubun xeyriyyə məqsədli layihələrinə sərf olunur. Bazar iştirakçı ölkələrin mədəniyyəti və turizm potensialının təşviq edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Səfirlik cari ilin 3 dekabr tarixində təşkil olunmuş növbəti, sayca 23-cü xeyriyyə bazarında ölkəmizi təmsil etmişdir. Bazarda iştirak edən Səfirlik milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdirib.