XXI əsrin qlobal iqtisadiyyata ən böyük təhlükəsi robotlaşma olacaq


İqtisadiyyat 05 Dek 2017 18:46:55 338 0

XXI əsrin qlobal iqtisadiyyata ən böyük təhlükəsi robotlaşma olacaq

Yaxın 5 ildə bank sektorunda 30% ixtisar gözlənilir

Robotlaşma və avtomatlaşma XXI əsrdə qlobal iqtisadiyyat üçün ən böyük təhlükə olacaq.

"Report" "Lenta.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Kristofer Pissarides verib. 

Onun fikrincə, rəqəmsal texnologiyanın inkişafı bir sıra özünəməxsus inhisarçıların yaranmasına səbəb olub. Bu inhisarçılar təbəqələr arasında gəlir dağılımında fərqi daha da artırıb.

"McKinsey" konsaltinq şirkətinin hesabatına görə, yaxın zamanlarda avtomatlaşma və robotlaşma qlobal əmək bazarında 375 mln. iş yerinin yox olmasına səbəb olacaq. Hesabatda bildirilib ki, 60% mövcud peşələrin 30% funksiyaları çox yaxın gələcəkdə avtomatlaşdırıla bilər. Artıq bu gün Almaniya və ABŞ-da avtomatlaşma potensialı müvafiq olaraq 24 və 23% insan-saat, Çində isə 16 insan-saat təşkil edir.

"Citigroup"un keçmiş baş direktoru Vikram Pandit açıqlamasında bildirib ki, yaxın 5 ildə qlobal bank sektorunda iş yerlərinin sayı 30% azalacaq. ABŞ bank sektorunda 770 min, Avropada isə 1 milyon işçi iş yerini itirəcək.