Radio rəhbəri Rusiya prezidentliyinə namizədə 19 min dollarlıq sırğa bağışladı FOTO


Dünya 05 Dek 2017 18:42:00 289 0

Radio rəhbəri Rusiya prezidentliyinə namizədə 19 min dollarlıq sırğa bağışladı  FOTO

"Exo Moskvı" radiosunun rəhbəri, məşhur jurnalist Aleksey Venediktov həmkarı, Rusiya prezidentliyinə namizədliyini irəli sürmüş Kseniya Sobçaka dəyərli hədiyyə təqdim edib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, jurnalistlərin gəldiyi qənaətə görə, Sobçaka bağışlanmış sırğaların qiyməti 1 milyon 120 min rubldur (təxminən 19 min dollar).

Maraqlıdır ki, "Yana Jewellery" firmasının bu məhsulu satışda yoxdur, onu ancaq xüsusi sifarişlə düzəldirlər.


Xəbərə aid fotolar