Tarkan Azərbaycandan gələn 1,5 milyonluq təklifdən imtina etdi


Digərləri 05 Dek 2017 18:36:00 273 0

Tarkan Azərbaycandan gələn 1,5 milyonluq təklifdən imtina etdi

Türkiyə mediası müğənni Tarkanın Yeni illə bağlı Azərbaycandan 1,5 milyon dollarlıq təklif alması xəbərini yaymışdı.

Son.az axşam.az-a istinadən xəbər verir ki, həmin ərəfədə Tarkana Kiprdən də konsert təklifi gəlmişdi. Bunun qarşılığında sənətçiyə 1,3 milyon lirə (təxminən 300 min avro) qonorar təklif olunmuşdu.

Bu gün isə Türkiyə saytları Tarlanın Kiprdə yerləşən otellərdən birindən gələn təklifi qəbul etdiyini yazıb.

Bu il "10" albomu ilə gündəmdən düşməyən Tarkan Bakıdan gələn 1,5 milyon qonorarlıq təklifdən imtina edib.