"Saxo Bank": Vergi islahatlarının təsir edə bilmədiyi dollar "dalan"a dirənib


İqtisadiyyat 05 Dek 2017 17:52:42 388 0

"Saxo Bank": Vergi islahatlarının təsir edə bilmədiyi dollar "dalan"a dirənib

Dolların məzənnəsi möhkəmlənə bilməsə, ucuzlaşma qaçılmaz olacaq

ABŞ Senatında qəbul edilən vergi islahatları qanunu dolların məzənnəsinə ciddi təsir göstərə bilməyib. Dollar əsas rəqibi avro ilə müqayisədə 1,1800-1,1950 diapazonunda "dirənib". "Report" xəbər verir ki, bu açıqlama Danimarkanın onlayn internet bankı - "Saxo Bank"ın analitikləri tərəfindən verilib.

Analitiklərin hazırladığı hesabata əsasən, əgər dollar qısa müddətdə möhkəmlənməyə başlamasa, onu ucuzlaşma təhlükəsi gözləyir. "Saxo Bank"ın analitikl\əri hesab edirlər ki, ABŞ fond birjasında tarixi rekord səviyyələrin aşılmasına baxmayaraq, dolların məzənnəsinin möhkəmlənməməsi bu valyutada uzun mövqedə olan investorların ümidlərini puça çıxarıb.

"Saxo Bank"ın proqnozlarına görə, vergi islahatları uzunmüddətli perspektivdə ABŞ-da iqtisadi artımı kifayət qədər stimullaşdıra bilməyərək ölkə büdcəsində böyük kəsir yarada bilər.

Bankın analitikləri ABŞ dollarının Yaponiya yeni ilə 114, avro ilə 1,18 səviyyəsini, ABŞ-ın 10 illik istiqrazlarının isə 2,5%-i ötməməsi durumunda əks hərəkətin mümkün ola biləcəyini bildiriblər.