Ağsuda sürücülərə qarşı reyd keçirildi


Digərləri 05 Dek 2017 17:05:00 255 0

Ağsuda sürücülərə qarşı reyd keçirildi

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Ağsu RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti belə tədbir keçiriblər.

Dekabrın 5-də keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozduqlarına görə, bir neçə sürücü saxlanılaraq barələrində protokollar tərtib edilib.