Mikayıl Cabbarov vergilər naziri təyin edildi


Siyasət 05 Dek 2017 16:50:00 284 0

Mikayıl Cabbarov vergilər naziri təyin edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsi haqqında sərəncam imzaladı.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilsin".