Nazir: TASIM Avrasiyada internetin keyfiyyətinin yaxşılaşmasına və iqtisadi inkişafa xidmət edəcək FOTO


Digərləri 05 Dek 2017 16:56:00 392 0

Nazir: TASIM Avrasiyada internetin keyfiyyətinin yaxşılaşmasına və iqtisadi inkişafa xidmət edəcək  FOTO

Transmilli Avrasiya Superinformasiya Magistralı (TASIM) layihəsinin reallaşdırılması təkcə bu layihənin iştirakçılarında yox, həm də bütün Avrasiyada internetin keyfiyyətinin yaxşılaşmasına və iqtisadi inkişafa xidmət edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu TASIM layihəsi üzrə yüksək səviyyəli görüşdə çıxışı zamanı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.