Bakı metrosunda YENİLİK - Maşinistlərlə bağlı (FOTO)


Digərləri 05 Dek 2017 16:23:00 226 0

Bakı metrosunda YENİLİK - Maşinistlərlə bağlı (FOTO)

Bakı metropolitenində hərəkətin təşkilində xüsusi əhəmiyyət kəsb edən lokomotiv parkının istismarı sahəsinin yenidən qurulmasına başlanılıb.

Bakı. Samir Əli - Bakı Metropolitenində hərəkətin təşkilində xüsusi əhəmiyyət kəsb edən lokomotiv parkının istismarı sahəsinin yenidən qurulmasına başlanılıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, tətbiq edilən innovativ layihə sayəsində maşinistlərin işi tam yeni standartlara keçirilir, yeni idarəetmə mexanizmlərinə və digər yeniliklərə yol açılır. Yeniliyin mahiyyətinə uyğun olaraq, layihənin ilk və ən əhəmiyyətli addımı kimi elektrik qatarları maşinistləri üçnövbəli iş rejiminə keçirilib: "İlk baxışda, bu yeniləşmə iş qrafikinin adi dəyişikliyi təsirini bağışlasa da, illərlə formalaşmış və yeni istismar şəraitində özünü doğrultmayan mövcud sistemi əvəzləyərək təfəkkür dəyişikliyinə gətirib. Bu da öz növbəsində psixoloji sədləri aradan qaldıran, əmək məhsuldarlığını artıran əsas amildir. Yeni qayda ilə maşinistlərin bütün sosial tələbləri əvvəlki dövrdən daha uğurla həllini tapıb. Onların maraqları nəzərə alınaraq, evə və iş yerinə daşınması müəssisə tərəfindən tam təmin olunub, həm maşinistlər, həm də müəssisə üçün ən səmərəli qayda tətbiq edilib. Bu da vaxt itkisi, işçinin işdən evə, yenidən iş başına çatmaq qayğısını da tam aradan qaldırır".