Rus yazıçı erməni daşnaklarının dağıdıcı xislətindən yazıb


Digərləri 05 Dek 2017 16:16:00 345 0

Rus yazıçı erməni daşnaklarının dağıdıcı xislətindən yazıb

“Bjezinski dedi – Qorbaçov etdi” ("Бжезинский сказал – Горбачев сделал") kitabında Dağlıq Qarabağ münaqişəsinə, erməni daşnaklarının dağıdıcı fəaliyyətinə geniş yer ayırıb.

Bakı. Rusiyalı yazıçı və tədqiqatçı Dmitriy Preobrajenskinin SSRİ-nin parçalanması səbəblərinə həsr olunmuş “Bjezinski dedi – Qorbaçov etdi” ("Бжезинский сказал – Горбачев сделал") kitabında Dağlıq Qarabağ münaqişəsinə, erməni daşnaklarının dağıdıcı fəaliyyətinə geniş yer ayırıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kitabda SSRİ-nin dağılma səbəbləri ətraflı təhlil edilir, ilk növbədə erməni lobbisinin, ermənilərin terrorçu və siyasi təşkilatlarının buradakı rolu açıqlanır. Nəşrdə XVIII-XX əsrlərdə çar Rusiyası tərəfindən ermənilərin kütləvi şəkildə Qafqazda və digər bölgələrdə yerləşdirilməsi, erməni kilsəsinin və zənginlərinin dəstəyi ilə XX əsrin əvvəllərində Qafqazda və çar Rusiyasının digər bölgələrində genişmiqyaslı terror aktları törədən “Qnçak” və “Daşnaksütün” kimi erməni milli təşkilatlarının yaradılması təsvir olunur. 1905-07-ci illərdə erməni təşkilatlarının dağıdıcı rolu xüsusi qeyd edən müəllif artıq rus tarixçilərinin bu prosesləri inqilab deyil dağıdıcı terror hərəkatı kimi qiynmətləndirdiyini vurğulayır. Dmitriy Preobrajenski, həmçinin, daşnakların asanlıqla bolşeviklərə çevrilməsini və sovet dövründə də özlərinin dağıdıcı fəaliyyətini davam etdirməsini təsvir edir. Müəllif SSRİ-nin parçalanmasının ilk səbəbi kimi Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun komandasındakı erməni millətindən olan yüksəkçinli məmurların dəstəyi ilə ermıni milliyyətçilərinin başlatdığı Dağlıq Qarabağ münaqişəsini göstərir. Onun fikrincə, bu münaqişə vasitəsilə SSRİ-nin parçalanması başlayıb və indi aydın olur ki, xaricdəki erməni lobbisi qərbin siyasi dairələrinin sifarişi əsasında milli münaqişələri qızışdıraraq Sovet İttifaqının parçalanması prosesinə start verib. Qeyd edək ki, Dmitriy Preobrajenskinin “Bjezinski dedi – Qorbaçov etdi” kitabı mövsümün ən populyar nəşrləri arasındadır və bu il Rusiyada ən çox satılan nəşrlər siyahısındadır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin