BakuBusdan tapılan qədim sikkələr muzeyə təhvil verildi FOTO


Digərləri 05 Dek 2017 15:54:00 320 0

BakuBusdan tapılan qədim sikkələr muzeyə təhvil verildi  FOTO

Bu yaxınlarda AMEA Milli Azərbaycan Tarixi Muzeyinə BakuBus-dan tapılan qədim sikkələr təhvil verilib.

Son.az xəbər verir ki, muzeydən Trend-ə verilən məlumata görə, naməlum şəxs tərəfindən avtobusda unudulmuş sikkələr mühüm tarixi əhəmiyyət kəsb edir.

Bildirilir ki, BakuBus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev və şöbənin mütəxəssisi Şəfa Hümbətova bildirib ki, avtobusda tapılan sikkələrin sahibi tapılmayıb.

Müvafiq orqanlara bununla bağlı məlumat verdikdən sonra tapılan sikkələrin Milli Azərbaycan Tarixi Muzeyinə verliməsi məqsəduyğun hesab edilib. 32 ədəd sikkə Muzeyin Numizmatika və epiqrafika şöbəsinin müdiri, numizmat alim, professor Əli Rəcəbli tərəfindən tədqiq edilib və müəyyənləşdirilib.


Xəbərə aid fotolar