Tərəfdarları mikroavtobusun qapısını qıraraq Saakaşvilini azad ediblər


Digərləri 05 Dek 2017 15:53:00 247 0

Tərəfdarları mikroavtobusun qapısını qıraraq Saakaşvilini azad ediblər

Bu gün Kiyevdə saxlanılan Mixeil Saakaşvilinin tərəfdarları mikroavtobusun arxa qapısını qıraraq siyasətçini azad ediblər.

Bakı. Bu gün Kiyevdə saxlanılan Mixeil Saakaşvilinin tərəfdarları mikroavtobusun arxa qapısını qıraraq siyasətçini azad ediblər. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir. Öz növbəsində, M.Saakaşvili onu əhatəyə alaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarından qoruyan tərəfdarlarını Maydana toplaşmağa və dinc etirazı davam etdirməyə çağırıb. Qeyd edək ki, bu gün Kiyev polisi M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib. Qısa müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları M.Saakaşvilini yaşadığı binanın damında saxlayıblar. M.Saakaşviliyə qarşı hakimiyyət çevrilişinə cəhd ittihamı irəli sürülüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin