Fransa aeroportunda ATIŞMA


Dünya 05 Dek 2017 15:46:00 254 0

Fransa aeroportunda ATIŞMA

Fransanın Korsika adasında Bastiya-Poretta hava limanında atışma baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Yaralılardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Hadisə şahidlərinin sözlərinə görə, atışmadan sonra avtomobil hadisə yerindən uzaqlaşıb.