Rusiya 9 KİVi xarici agent elan etdi SİYAHI


Dünya 05 Dek 2017 15:35:00 308 0

Rusiya 9 KİVi xarici agent elan etdi  SİYAHI

Rusiyanın Ədliyyə Nazirliyi ölkədə fəaliyyət göstərən 9 KİV-i xarici agent funksiyalarını icra edən orqan kimi tanıyıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazirlik bu KİV-lərin siyahısını açıqlayıb.

Xarici agentlər siyahısına "Azad Avropa Radiosu/Azadlıq Radiosu", "Amerikanın Səsi", "Nastoyaşşeye Vremya" telekanalı, "Sibir. Realii", "Qafqaz. Realii", "Idel. Realii", "Krım. Realii", "Azadlıq Radiosu"nun tatar-başqırd xidməti və "Faktoqraf" salınıb.