Milli Oftalmologiya Mərkəzi Beynəlxalq Konqresdə iştirak edib (FOTO)


Digərləri 05 Dek 2017 14:22:00 203 0

Milli Oftalmologiya Mərkəzi Beynəlxalq Konqresdə iştirak edib (FOTO)

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən XI Beynəlxalq Konqresdə Azərbaycanı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi təmsil edib.

Bakı. İlhamə İsabalayeva - Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən XI Beynəlxalq Konqresdə Azərbaycanı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi təmsil edib. Mərkəzdən Trend-ə verilən məlumata görə, “Qlaukoma: nəzəriyyələr, tendensiyalar, texnologiyalar” adlı XI Beynəlxalq Moskva Konqresində qlaukoma xəstəliyi ilə bağlı müzakirələr aparılıb, yeni müalicə metodları , əməliyyatlar haqqında fikir mübadiləsi edilib. Konqresdə 30 ölkədən 1200 oftalmoloq iştirak edib. Tədbirdə Azərbaycanı təsil edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov ölkəmizdə bu xəstəliklə bağlı həyata keçirilən metodlardan danışıb. Professorun sözlərinə görə, Azərbaycanda qlaukomanın erkən diaqnostikasi həyata keçirilir və onun aradan qaldırılması ilə bağlı bir çox yeniliklər rellaşdırılır. Konqresin yekununda Elmar Qasımov "Azərbaycanda qlaukomanın erkən diaqnostikasının və müalicəsinin təşkili" proqramına görə A.P.Nesterov adına Fəxri Medalla təltif olunub. İki gün davam edən konqresdə 8 seksiya üzrə 39 simpoziumda 170 məruzə dinlənilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin