Avtobus qəzası 23 məktəblini xəstəxanaya saldı


Digərləri 05 Dek 2017 13:24:52 209 0

Avtobus qəzası 23 məktəblini xəstəxanaya saldı

Türkiyənin qərbindəki Dənizli vilayətində məktəbliləri aparan avtobus aşıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin qərbindəki Dənizli vilayətində məktəbliləri aparan avtobus aşıb. Trend-in məlumatına görə, hadisə nəticəsində 23 məktəbli müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti normal olaraq qiymətləndirilir. Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil. İnsidentlə bağlı polis araşdırmaya başlayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin