UTX Saakaşvilinin saxlanılmasının səbəbini açıqlayıb - YENİLƏNİB


Dünya 05 Dek 2017 12:47:00 350 0

UTX Saakaşvilinin saxlanılmasının səbəbini açıqlayıb - YENİLƏNİB

Mixeil Saakaşvilinin silahdaşları UTX əməkdaşlarının onu aparmağa çalışdığı avtomobilin qarşısını kəsiblər

Bakı. 5 dekabr. REPORT. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə qarşı cinayətkar təşkilatların iştirakçılarına kömək göstərmək və onların cinayətkar fəaliyyətlərini gizlətmək maddəsi üzrə ittiham irəli sürülüb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidmətindən bildirilib.

Onun dindiriləcəyi planlaşdırılır.

***12:42

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili hakimiyyəti devirməyə cəhddə ittiham olunur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Pavel Boqomazov məlumat verib.

"Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur", - vəkil deyib.

Ukrayna KİV-inin yazdığına görə, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Saakaşvilini avtomobilə oturdub və onu oradan aparmağa çalışır. Amma Saakaşvilinin silahdaşları UTX əməkdaşlarının onu aparmağa çalışdığı avtomobilin qarşısını kəsiblər və onun hərəkət etməsinə imkan vermirlər.

"İnterfaks-Ukrayna"nın məlumatına görə, Saakaşvili hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və olay yerindən aparılıb, gələcəkdə onun barəsində qətiimkan tədbiri seçiləcək.