AİB "Şimal-Cənub" layihəsi üçün 400 milyon dollar kreditin verilməsini təsdiq edib


Digərləri 05 Dek 2017 12:42:00 190 0

AİB "Şimal-Cənub" layihəsi üçün 400 milyon dollar kreditin verilməsini təsdiq edib

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması, eləcə də Azərbaycanın dəmiryol sektorunun inkişafı üçün kreditin verilməsini təsdiq edib

Bakı. Maksim Tsurkov - Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması, eləcə də Azərbaycanın dəmiryol sektorunun inkişafı üçün kreditin verilməsini təsdiq edib. Trend-in məlumatına görə, bu qərar Direktorlar Şurasının dekabrın 1-i keçirilmiş iclasında qəbul edilib. 400 milyon dollar həcmində kredit AİB tərəfindən, daha 175 milyon dollar Fransa İnkişaf Agentliyi tərəfindən təqdim olunacaq. AİB tərəfindən vəsait 250 və 150 milyon dollarlıq iki tranşla təqdim olunacaq, Fransa İnkişaf Agentliyinin kreditiri isə 75 və 100 milyon dollarlıq tranşlarla veriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin