Bıçaqla hədələyib telefonunu aldı


Kriminal 05 Dek 2017 12:38:00 282 0

Bıçaqla hədələyib telefonunu aldı

DİN-dən Son.az-a verilən məlumata görə, paytaxtın Nərimanov rayon sakini Ülvi Cuvarlı Akademik H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman naməlum şəxs onun qarşısını kəsib bıçaqla hədələyərək "Samsung" markalı mobil telefonunu əlindən alıb. Zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verən kimi quldurluq edən şəxsin "isti" izlərlə axtarışı həyata keçirilib.

Polis əməkdaşlarının çevikliyi sayəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq aidiyyəti üzrə Nərimanov RPİ-nin 16-cı PB-yə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman quldurluq etməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Seymur Osmanov olduğu müəyyən edilib.


Xəbərə aid fotolar