Pensiyalar nə qədər artacaq?


Digərləri 05 Dek 2017 12:05:00 269 0

Pensiyalar nə qədər artacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ay pensiya məbləğlərinin indeksasiya ediləcəyini açıqlayıb. Bütövlükdə, pensiyaların yeni indeksasiya mexanizmi necədir? Gələn ay pensiya məbləği neçə faiz artacaq?

Son.az xəbər verir ki, bununla bağlı tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib ki, yeni pensiya qanunvericiliyinə əsasən, indeksasiyada 2 əsas dəyişiklik var:

"Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi inflyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq "keçmiş baza hissə" deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq. Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə bu anlayışdan artıq istifadə edilmir. Gələn ildən isə məbləğindən asılı olmayaraq, bütün pensiya məbləğinə indeksasiya tətbiq ediləcək".