Rusiya ABŞ-ın “Amerikanın səsi” və “Azadlıq” radiolarını xarici agent elan edib


Sosial 05 Dek 2017 11:33:13 320 0

Rusiya ABŞ-ın “Amerikanın səsi” və “Azadlıq” radiolarını xarici agent elan edib

Siyahıda 9 KİV-in adı var

Rusiyanın Ədliyyə Nazirliyi “Amerikanın səsi” (rus redaksiyası, “Qolos Amerika”), “Azadlıq Radiosu” (rus redakasiyası “Radio Svaboda”) da daxil olmaqla 9 KİV-i xarici agentlər siyahısına daxil edib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Ədliyyə Nazirliyi yayıb.

Siyahıda “Nstoyaşeye vremya” televiziyası, ABŞ-ın “Azadlıq Radiosu”nun Tatar-Başqord redaksiyasının, “Sibir.realii”, “İdel.realii”, “Faktoqraf”, “Kafkaz.realii”, “Krım.realii” adlı saytların adları var.