Azərbaycan XİN başçısı: "Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var"


Siyasət 05 Dek 2017 11:38:53 319 0

Azərbaycan XİN başçısı: "Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var"

Elmar Məmmədyarov Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci iclasında çıxış edib

"Bu gün Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının 7-ci iclasında çıxış edərkən deyib.

"Əminəm ki, Xəzəryanı dövlətlər beynəlxalq hüququ nəzərə almaqla, Xəzərin statusuna dair konsensus əldə etmək üçün əllərindən gələni edəcəklər", - E.Məmmədyarov bildirib.