Binəqədi yolu nə vaxt istifadəyə veriləcək?


Digərləri 05 Dek 2017 11:36:00 279 0

Binəqədi yolu nə vaxt istifadəyə veriləcək?

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Bakının Binəqədi qəsəbəsindəki Binəqədi şosesinin 2.6 kilometrlik hissəsində yenidənqurma işlərinin ikinci mərhələsi davam etdirilir.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Son.az-a verdiyi məlumata görə, yol yaxın günlərdə istifadəyə veriləcək.

"Hava şəraiti ilə əlaqədar olaraq gecikmə olub. Hazırda ərazidə iş gedir. Yaxın günlərdə yol istifadəyə veriləcək".