Azəristiliktəchizat: İstiliklə təmin olunması nəzərdə tutulan yerlərdə heç bir problem yoxdur


Sosial 05 Dek 2017 11:26:57 295 0

Azəristiliktəchizat: İstiliklə təmin olunması nəzərdə tutulan yerlərdə heç bir problem yoxdur

Rafiq Əliyev: "2750 yaşayış binası istiliklə təmin olunur"

"İstiliklə təmin olunması nəzərdə tutulan bütün binalarda istilik var".

Bunu "Report"a açıqlamasında Azəristiliktəchizat ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

O qeyd edib ki, noyabrın 15-dən etibarən əhalinin istiliklə təmin olunmasına başlanılıb: "Hazırda bütün qazanxanalar işləyir. Qazanxanalar vasitəsilə 2750 yaşayış binası istiliklə təmin olunur. Həmçinin Azəristiliktəchizat-ın mənbələrinə qoşulan məktəb, uşaq bağçası, səhiyyə müəssisələri də istiliklə təmin olunur".

R.Əliyevin sözlərinə görə, hazırda istiliyin verilməsi nəzərdə tutulan yerlərdə heç bir problem yoxdur: "Azəristiliktəchizat mənzilin içindəki problemlərə baxmır. Qazanxanaların məhəllədaxili xətti bizim balansımızdadır. Mənzilin içindəki xətlərdə problem varsa, sakinlər istədikləri ustanı tapıb mənzillərindəki problemi həll etməlidirlər. Bizim mütəxəsssis hər hansı kömək və məsləhət üçün gedə bilər".