Muay tayçılarımızdan Avropa kubokunda uğurlu çıxış


İdman 05 Dek 2017 11:26:00 259 0

Muay tayçılarımızdan Avropa kubokunda uğurlu çıxış

Türkiyənin Antalya şəhərində təşkil olunan Muay tay idman növü üzrə Avropa kuboku keçirilib. Ölkəmiz bu mötəbər yarışda 16 idmançı ilə təmsil olunub.

Goal.az xəbər verir ki, 12 idmançımız yarışı medalla tamamlayıb. Sənan İsmayılov (Laçın klubu), Əli Əliyev (İnam klubu), Cabbar Mustafa, Hümbətov Məhəbbət (ADRA Ressamliq Akademiyası) qızıl, Cəmil Tekin (ADRA Ressamliq Akademiyasi) gümüş,  Rəhmətullayev Namik (ADRA Ressamliq Akademiyasi), Səlahəddin Qocayev (Laçın klubu), Məmmədov Rafael, İlqar Çıraqov, Möhübbət Vəlizadə, Cəfəri Bəhrəm (dördü də İnam klubu), Emin Babayev (Quba klubu) bürünc medal qazanıb.

Xatırladaq ki, idmançılarımız federasiya prezidenti Azər Həsənsoyun dəstəyi ilə Bakıda 45 günlük məşq keçiblər. Onlar yarışa Şəhriyar İsayev və Fəxri Əliyevin rəhbərliyi altında hazırlaşıblar.