Dəniz Baykal müayinə üçün Almaniyaya aparıldı


Digərləri 05 Dek 2017 11:16:00 245 0

Dəniz Baykal müayinə üçün Almaniyaya aparıldı

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri və millət vəkili Dəniz Baykal müayinə üçün Almaniyaya aparılıb.

Bakı. Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri və millət vəkili Dəniz Baykal müayinə üçün Almaniyaya aparılıb. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 51 gündür Ankarada İbn Sina xəstəxanasında müalicə alan D.Baykal müalicəsini bundan sonra Almaniyada davam etdirəcək. Qeyd edək ki, D.Baykal oktyabrın 16-da yüksək hərarət səbəbindən vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilmiş və daha sonra əməliyyata alınmışdı. Əməliyyata səbəb onun baş-beyin tomoqrafiyası zamanı beynində şiş və qansızmanın aşkar edilməsi olub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin