Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının iclası başlayıb


Siyasət 05 Dek 2017 11:00:15 309 0

Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının iclası başlayıb

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir

Rusiya paytaxtı Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin yeddinci iclası başlayıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, toplantıda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan XİN başçıları iştirak edirlər. 

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.  

Beş ölkənin XİN rəhbərləri görüşdə ən aktual regional və beynəlxalq problemlər barədə fikir mübadiləsi aparacaqlar. 

İclasda Qazaxıstanda keçiriləcək V Xəzər sammitinə hazırlıq məsələsi geniş müzakirə olunacaq.