DYP reyd keçirilib, 50-dən çox sürücü cərimələnib


Sosial 05 Dek 2017 11:05:47 280 0

DYP reyd keçirilib, 50-dən çox sürücü cərimələnib

Reydlər davam etdiriləcək

 Astara Dövlət Yol Polis bölməsinin əməkdaşları sərxoş halda avtomobil idarə edən sürücülərə qarşı reyd keçirib. 

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşlar şəhər ərazsində və Artopa kəndində sərxoş sürüclərər qarşı reyd keçirib. 

Reyd zamanı baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq, hərəkətin təhlükəsizliyini təmin etmək və hüquq pozuntusuna yol verən sürücüləri aşkarlamaq məqsədilə 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb. 

Saxlanılan zaman 50-dən çox sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş halda idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub. Bəziləri içkili olduğu halda bunu danmağada çalışıb müxtəlif bəhanələr gətirib. 

Reyd zamanı polisin saxla əmrinə tabesizlik göstərərək aradan çıxmağa çalışan, təhlükəli manevr edən, sürücülük hüququ olmadan sükan arxasına keçən və digər kobud qayda pozuntuları edən sürücülər də aşkarlanıb. 

Qeyd edək ki, rayonda müxtəlif qayda pozuntularının aşkarlanması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində belə reydlər davam etdiriləcək.