"Telman İsmayılov iki sahibkarın qətlini təşkil edib"


Kriminal 05 Dek 2017 11:05:22 321 0

"Telman İsmayılov iki sahibkarın qətlini təşkil edib"

Moskvada Çərkəz bazarının keçmiş sahibi Telman İsmayılov 2016-cı ildə iki sahibkarın qətlinin təşkilində ittiham olunur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.

O qeyd edib ki, istintaq T.İsmayılovu ötən il iş adamları Vladimir Savkinin və Yuri Brılevin qətlinin təşkilatçısı hesab edir.

Qətldə təqsirləndirilən Rafiq İsmayılov və Mehman Kərimov həbs olunub, Telman və Vaqif İsmayılovlar barəsində isə nəzarət altında saxlanılmaqla qiyabi olaraq ehtiyat tədbiri seçilib.