Saakaşvili polisi hədələyir: "İntihar edəcəyəm"


Digərləri 05 Dek 2017 11:00:00 270 0

Saakaşvili polisi hədələyir: "İntihar edəcəyəm"

Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili polisi intihar edəcəyi ilə hədələyir.

Bakı. Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili polisi intihar edəcəyi ilə hədələyir. Trend-in məlumatına görə, hazırda polis M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparır. Sabiq qubernator isə etiraz əlaməti olaraq 8 mərtəbəli binanın damına doğru qaçmaqla polisi özünü öldürəcəyi ilə hədələyir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin