Telman İsmayılovla bağlı cinayət işinin materialları Rusiya Baş Prokurorluğuna göndərilib


Sosial 05 Dek 2017 10:35:37 295 0

Telman İsmayılovla bağlı cinayət işinin materialları Rusiya Baş Prokurorluğuna göndərilib

Azərbaycan əsili rusiyalı iş adamı ilə bağlı beynəlxalq axtarış elan ediləcək

Rusiya İstintaq Komitəsi Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılov barəsində açılan cinayət işinin materiallarını Baş Prokurorluğa təqim edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Komitə T.İsmayılovu qiyabi olaraq, qətldə ittiham edib.

Qurumdan bildirilib ki, Azərbaycan əsili rusiyalı iş adamı ilə bağlı beynəlxalq axtarış elan edilməsi üçün istintaq materialları Rusiya Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Moskvanın Basman rayon Məhkəməsi bu ilin noyabrın 11-də T.İsmayılov barəsində həbs qətimkan tədbiri seçib. O, iki nəfərin qətlində şübhəli bilinir və həbs qətimkan tədbiri həmin cinayət iş üzrə qəbul edilib. T.İsmayılovun özü prosesdə iştirak etməyib və həbs qətimkan tədbiri qiyabi formada çıxarılıb. Biznesmen həmçinin qanunsuz silah dövriyyəsində də ittiham olunaraq beynəlxalq axtarışa verilib. 

T.İsmayılov qardaşı Vaqiflə birlikdə son vaxtlarda yaşadığı Türkiyəni tərk edərək Fransaya gedib.