Maksim Medvedev: ""Qarabağ"la oyundan sonra Roma"nın taleyinə aydınlıq gələcək"


İdman 05 Dek 2017 10:48:00 325 0

Maksim Medvedev: ""Qarabağ"la oyundan sonra Roma"nın taleyinə aydınlıq gələcək"

"Rəqibi tanıyırıq. Təzyiq olmadan meydana çıxacağıq. Bu oyundan sonra "Roma"nın taleyinə aydınlıq gələcək".

Goal.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev "Roma" ilə keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl mətbuat konfransında deyib:

"Son oyunumuza gəlmişik. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. “Roma” üçün hər şey bizimlə oyundan sonra bilinəcək. “Qarabağ”ın 2 ən təcrübəli müdafiəçisi yoxdur. Amma onları əvəzləyə biləcək futbolçularımız var. “Roma” kimi rəqiblə hər dəfə oynamaq imkanımız olmur, amma həvəsli futbolçularımız var. Məhz bu həvəs sayəsində oynaya bilməyənlərin yerini sığortalaya bilərlər".