Şirvan sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb


Sosial 05 Dek 2017 10:29:36 253 0

Şirvan sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb

Faktla bağlı cinayət işi başlanılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Bu barədə “Report”un Aran bürosuna DİN mətbuat xidmətinin Şirvan şəhərində regional qrupun baş inspektoru, polis leytenantı Toğrul Nəsirlinin  məlumat verib.

Məlumatda bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) Narkotiklə mübarizə qrupu əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlyas İlyasov saxlanılıb. Polis Şöbəsində onun əlindəki polietilen sellofana baxış zamanı 2 bükümdə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisi 2 kiloqram 50 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.