Tibb bacısı qan qrupunu dəyişik saldı:


Dünya 05 Dek 2017 10:23:00 292 0

Tibb bacısı qan qrupunu dəyişik saldı:

Türkiyənin Denizli vilayətində diz protezi əməliyyatı üçün xəstəxanaya köçürülən şəxs həkim səhlənkəralığı səbəbindən ölüb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, başqa bir qrupdan qan köçürülən 75 yaşlı xəstə dünyasını dəyişib.

Keçən cümə günü dizindən protez əməliyyatı olduqdan sonra təcili qana ehtiyacı olan Hörü Kesenə tibb bacısı səhvən başqa qrupdan qan köçürüb.

Eyni otaqa olan AB RH pozitiv qan qrupundan olan xəstəyə verilməsi lazım olan qan həmin otaqda yatan qan qrubu 0 RH pozitiv olan Hörü Kesenə köçürülüb. Kesen bir müddət sonra yatağında ölüb.

Ailənin şikayəti sonrası ekspertiza tibb bacısının yanlış qan qrupu köçürdüyü üçün xəstənin öldüyünü təyin edib və xəstəxana qadını işdən çıxarıb.