Salyanda iki gün əvvəl baş verən yol qəzasında xəsarət alan qadın ölüb


Sosial 05 Dek 2017 10:02:10 211 0

Salyanda iki gün əvvəl baş verən yol qəzasında xəsarət alan qadın ölüb

Faktla bağlı araşdırmalar davam etdirilir

 Salyan rayonunda iki gün əvvəl baş verən yol qəzasında xəsarət alan qadın ölüb. 

"Report"un Aran bürosunun məlumatına görə, sərnişin avtobusu ilə "Mitsubishi-Pajero" markalı avtomobilin toqquşması nəticəsində 4-ü ağır olmaqla 7 nəfər xəsarət alıb. 

Xəsarət alanlardan ikisi "Mitsubishi-Pajero" markalı avtomobildə, digər 5 nəfər isə sərnişin avtobusunda olub. Minik  maşınında xəsarət alan 1963-cü il təvəllüdlü Rəhilə Əhədova bu gün yerləşdirldiyi xəstəxanada ölüb. 

Xatırladaq ki, dekabrın 3-də Salyan rayonunun sarvan kəndi ərazisində sərnişin avtobusu ilə "Mitsubishi-Pajero" markalı avtomobil toqquşub və nəticədə 7 nəfər xəsarət almışdı. 

Faktla bağlı araşdırmalar davam etdirilir.