Smartfonda istənilən insanı izləmək mümkündür


Digərləri 05 Dek 2017 08:55:00 263 0

Smartfonda istənilən insanı izləmək mümkündür

Vaşinqton Universitetinin tədqiqatlarına əsasən istənilən şəxs xüsusi hazırlıq olmadan yüksək dəqiqliklə sizin harda olduğunuzu təyin edə bilər.

Bu proses smartfonlar üçün olan target reklamı sayəsində reallaşdırılır. Təqribi olaraq qiyməti 1000$ olan reklam paketi alıb onu istifadəçinin konkret cihazına inteqrasiya edərək, hacker hər zaman həmin istifadəçinin harda olduğunu biləcək. Artıq sirr deyilki sosial şəbəkələrdə olan səhifə baxışları, alış-verişlər və davranış haqqında məlumatlar yığılır. Bu siyahıya artıq reklam da daxil edilib. Onun vasitəsilə istənilən istifadəçinin yerini təyin etmək mümkündür.

Son.az technote.az-a istinadən bildirir ki, tədqiqatçılar müəyyən ediblər ki, istiqamətləndirilmiş reklam sayəsində hər hansı bir şəxsin müəyyən yerə nə zaman getdiyini təyin etmək olar. Onlar həmçinin smartfonun yerini təyin etməyə imkan verən reklam elanları sayəsində bir insanın bütün şəhər gəzintisini də təyin edə biliblər. Hansısa şəxsin izlənməsi imkanını verən bu cür reklam paketini istənilən insan ala bilər. Sözügedən reklam paketini almış hacker həmçinin öz qurbanının hansı tətbiqlərdən istifadə etdiyini də öyrənə bilər.