Britaniyada "Kasperski" antivirusunun istifadəsi qadağan edildi


Digərləri 05 Dek 2017 08:41:00 222 0

Britaniyada "Kasperski" antivirusunun istifadəsi qadağan edildi

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi ölkənin milli təhlükəsizliyinə cavabdeh qurumlara "Kasperski Laboratoriyası"nın antivirus proqramlarından istifadə etməyi qadağan edib.

Son.az lent.az-a istinadən xəbər verir ki,  digər nazirliklər üçün bu qərar tövsiyə xarakteri daşıyır.   Buna səbəb Rusiyanın Qərb ölkələrində artan casusluq cəhdləri fonunda yaranan təhlükədir. "Əgər söhbət milli təhlükəsizlik məsələləri ilə bağlıdırsa, Rusiya istehsalı olan antivirus proqramlarından istifadə etməyin!" - deyə Böyük Britaniyanın MI5 əks-kəşfiyyat xidməti rəhbərliyinin imzaladığı məktubda bildirilir.