ABŞ Çin dronlarını casusluqda ittiham etdi


Digərləri 05 Dek 2017 08:31:00 263 0

ABŞ Çin dronlarını casusluqda ittiham etdi

ABŞ-ın İmmiqrasiya və Gömrük Polisi Çinin DJI dron istehsalçısını müəssisələri və sadə amerikalıları izləməkdə ittiham edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, qurum bununla bağlı avqust ayında açıqlama yayıbmış.   Açıqlamada bildirilmişdi ki, DJI dronları ABŞ-ın kritik infrastrukturu barədə məlumatlar toplayır və onları Çin hökumətinə ötürür. Kommunal xidmətlər, dəmir yolları, federal qanunvericilik və digər strateji sahələrdə çalışan ən azı 10 şirkət bu dronlardan istifadə edir.   Öz növbəsində DJI şirkəti bütün ittihamları rədd edib. Qeyd olunub ki, dronlarla çəkilən videolar onun serverinə avtomatik olaraq yüklənmir. Çünki bu, istifadəçilərin seçimindən asılıdır.   Qeyd edək ki, 2017-ci ilin yayında ABŞ ordusuna DJI dronlarından istifadə etmək qadağan olunub.   DJI Şimali Amerikada dron bazarının lideridir - 62%.