Bu şirkətin smartfonları daha sabit işləyir


Digərləri 05 Dek 2017 07:11:00 240 0

Bu şirkətin smartfonları daha sabit işləyir

"Android" qurğularında imtina tezliyi "Apple" smartfonları ilə müqayisədə təxminən iki dəfə yüksəkdir. Amma "iOS" üçün mobil proqramlar "Andriod" proqramlarla müqayisədə 7 dəfə daha çox donur.   Son.az ICTnews-a istinadən bildirir ki, "Blancco Technology Group" adlı mobil diaqnostika ekspertləri bu məlumatları dərc ediblər. Sınaqlar zamanı müəyyənləşdirilib ki, "iOS" sistemi ilə işləyən qurğularda imtina tezliyi 16% təşkil edir, halbuki "Android" smartfonlarında bu göstərici 30%-ə bərabərdir.   Hesabata görə, "iPhone 6", "iPhone 6S" və "iPhone 7" modellərində tez-tez səhvlər qeydə alınır. 26% nasazlıq göstəricisinə malik "iPhone 6" smartfonu birinci yerdə qərarlaşıb. "Android" smartfonları arasında ən çox "Samsung"un smartfonlarından imtina halları (53%) baş verib.