Pentaqon kasset döyüş sursatlarından istifadəni davam etdirəcək


Dünya 05 Dek 2017 03:28:58 312 0

Pentaqon kasset döyüş sursatlarından istifadəni davam etdirəcək

ABŞ-ın Müdafiə Nazirliyi bu barədə qərar qəbul edib

Pentaqon kasset döyüş sursatlarından istifadəni davam etdirmək barədə qərar qəbul etməklə, onlardan imtina üzrə proqramı dayandırmış olub.

"Report" "Jane's 360" nəşrinə istinadən xəbər verir ki, Amerikanın Müdafiə Nazirliyi əvəzinə bu qədər səmərəli yenisi gəlməyincə, kasset döyüş sursatlarından istifadə etmək niyyətindədir.

Bildirilir ki, proqrama 2008-ci ildə başlanılıb. Lakin hərbi məmurlar Rusiya və KXDR artilleriyalarından ehtiyatlandıqları üçün sabiq müdafiə naziri Robert Qeytsin siyasətinə yenidən baxmaq qərarına gəliblər.