Husilərin lideri Salehin ölümünü "satqınlıq və xəyanətin yıxıldığı gün" adlandırıb


Dünya 05 Dek 2017 00:59:22 317 0

Husilərin lideri Salehin ölümünü "satqınlıq və xəyanətin yıxıldığı gün" adlandırıb

"Bu, təcavüzkar qüvvələrin qara günüdür"

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının lideri Əbdül Malik əl-Husi ölkənin sabiq prezidenti Əli Abdulla Salehin öldürüldüyü günü "tarixi və müstəsna gün" adlandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi hərəkat liderinin bəyanatına istinadən "Ad Dustur" qəzeti məlumat yayıb.

"Bu tarixi və müstəsna gündə bütün xalqımızı təbrik edir və Allaha şükr edirik. Bu gün satqınlıq və xəyanətin yıxıldığı gündür, bu, təcavüzkar qüvvələrin qara günüdür".