Günün qoroskopu: çox maraqlı məsələnin həlli ilə məşğul olacaqsınız


Digərləri 05 Dek 2017 00:01:00 340 0

Günün qoroskopu: çox maraqlı məsələnin həlli ilə məşğul olacaqsınız

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - başlanmış işləri yekunlaşdırmaq üçün daha çox münasib olan neytral gündür. Bu gün hətta ən enerjili və yorulmaz adamlar da hərəkətdən daha çox düşünməyə meyllidirlər. Odur ki, bu gün möhtəşəm qələbələr gözləməyə dəyməz. 

Buğa - sabit emosional fon komfortlu ünsiyyəti təmin edir. Qarşılıqlı anlaşma olmasa da, münaqişələr də olmaycaq. Romantik görüşlərə böyük ümidlər bəsləməyə dəyməz. Lakin müxtəlif dostluq tədbirləri (birlikdə teatra getməkdən tutmuş təbiət qoynuna atılmaq və aktiv istirahətə qədər) çox yaxşı keçəcək.

Əkizlər - həddindən artıq ziddiyyətli gündür. Gücünüzü düzgün hesablamaq çətin olacaq. Gözlənilməz təsadüf, hadisələrin ağlasığmaz şəkildə inkişafı planlarda köklü dəyişikliklərə vadar edəcək. Yersiz inadkarlıq göstərməyin, güzəştə getməyə hazır olun.

Xərçəng - sizin üçün uğursuz və çətin gündür. Qurduğunuz planlar həyata keçməyəcək, çətin və birmənalı olmayan vəziyyətə uyğunlaşmalı, ətrafdakıların dolaşıq qarşılıqlı münasibətlərindən baş çıxarmalı olacaqsınız. Bu gün işiniz çox olacaq. Özü də onların hamısı çətin işlərdir və günün yorucu olacağı təəccüblü deyil. Dincəlməyə vaxt tapın. Gücünüzü bərpa etmək üçün işlərdən ayrılmalısınız.

Şir - ünsiyyət üçün əlverişli gün deyil. Hətta köhnə müttəfiqlər, bir-birlərinə yaxın insanlar arasında da münaqişələr yarana bilər. Maliyyə və mülk məsələlərini həll etmək məsləhət deyil. Belə danışıqların ciddi mübahisələrə, davamlı münaqişələrə səbəb olması ehtimalı var.

Qız - gününüz maraqlı keçəcək. Yaradıcılıq potensialınız yüksək olduğundan nə özünüz bekar oturacaq, nə də başqalarına vaxtlarını boş keçirməsinə imkan verəcəksiniz. Yeni tanışlıqlar, xoş görüşlər mümkündür. Gün kübar məclisləri ziyarət etmək üçün əlverişlidir. Mağazaları gəzmək olar. Amma yalnız özünüzə nəsə almalısınız. Çünki hədiyyə seçmək üçün münasib gün deyil. Bundan başqa, imicinizlə bağlı eksperimentlər, çətin kosmetik prosedurlar məsləhət deyil.

Tərəzi - uğurlar və qələbələr vəd edən gözəl gündür. Yaradıcılıq potensialınız çox yüksəkdir. Ona görə də bədxahlarınız və rəqibləriniz maneəçilik törətməyə çalışsalar belə, istənilən məqsədinizə çata biləcəksiniz. Maraqlı görüşlər, məhsuldar iş danışıqları mümkündür. İstənilən romantik münasibətə başlamaq üçün münasib gündür. Onların hansı istiqamətdə inkişaf edəcəyi isə sizdən asılıdır. Gün iri bazarlıqlar üçün əlverişlidir.