Azərbaycanlı Moskvada 3 yaşlı uşağı vuraraq öldürən sürücünün qaçmasına imkan verməyib


Sosial 04 Dek 2017 23:59:13 279 0

Azərbaycanlı Moskvada 3 yaşlı uşağı vuraraq öldürən sürücünün qaçmasına imkan verməyib

O, hadisəni törədən sürücünü tutmaq üçün bir neçə km. yol qət edib

Moskvada taksi xidməti göstərən azərbaycanlı Vasif Abışov Altufyev şosesində bir ailənin 3 üzvünü maşınla vuran sürücünün qaçmasına imkan verməyib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, faicə ötən bazar "Altufyevo" ticarət mərkəzi yaxınlığında baş verib.

29 yaşlı ər və arvad 3 yaşlı oğulları ilə işıqforun piyadalar üçün yanan yaşıl işığından yolu keçən zaman onları yüksək sürətlə hərəkət edən "Skoda Octavia" markalı avtomobil vurub. Nəticədə ailənin bütün üzvləri ağır xəsarətlər alıb, sonradan uşaq dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, hadisəni törədən sürücü ərazidən uzaqlaşaraq qaçmağa cəhd göstərib. Lakin bu ona nəsib olmayıb. Hadisə şahidi olan Vasif Abışov "Hyundai Solaris" markalı maşını ilə onu təqib edərək yaxalayıb.